Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universteti (ADİU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi araşdırmalar və Məsləhət İnstitutunun (İSERES) birgə təşkilatçılığı ilə «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi. Məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarət idi.Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış etdilər.


28.09.2012 Ətraflı


 

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Sahibkarlıq subyektlərinin sosial problemlərin həllinə cəlbi” layihəsi çərçivəsində yerli sahibkarlıq subyektləri üçün “Korporativ Sosial Məsuliyyəti” adlı seminar keçirib. 

13.09.2012 Ətraflı

  İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sahibkarlıq subyektlərinn sosial problemlərin həllinə cəlbi” adlı layihə həyata keçirir.

13.09.2012 Ətraflı

Biznesin sosial məsuliyyəti” adlı kitabçası artıq işıq üzü görmüşdür


İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində ayrılmış qrant vəsaiti hesabına  nəşri nəzərdə tutulan “Biznesin sosial məsuliyyəti” adlı kitabçası  artıq işıq üzü görmüşdür.Kitabça sosial problemlərin həlli istiqamtində biznesə təklif olunan mütərəqqi vasitələr, Azərbaycanda bu sahədə mövcud vəziyyətə yanaşmalar, milli sahibkarlığın bu fəaliyyətə cəlb olunmasının biznesin inkişafı üçün əhəmiyyəti, bu istiqamətdə ictimai təsisatlarla əməkdaşlığın əhəmiyyəti və ictimai birliklərin atacağı addımlar, sosial məsuliyyətin biznes subyektlərində tətbiqi üzrə praktiki misalları özündə ehtiva edir

14.08.2012 Ətraflı


 Maliyyə Böhraninin Avropa Ittifaqi Və Azərbaycan Üçün Gözlənilən Nəticələri Müzakirə Edildi 

 

31 iyul 2012-ci il tarixində Milli QHT forumunun ofisində İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı (SDC) tərəfindən maliyyələşdirilən    və Cenevrə Beynəlxalq İnkişaf və Tədqiqatları İnstitutunun CABİR məzunlar şurası ilə  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi     (SER) tərəfindən təşkil edilən “Avropa iqtisadi böhranı: Azərbaycanın inteqrasiya kontekstində" adlı seminar keçrilmişdir

01.08.2012 Ətraflı

Ruslan Atakişiyev: "QHT sektorunun vəziyyəti lazımi səviyyədə deyil"

MÜSAHİBƏ

 

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verən QHT-lərdən biri də İqtisadi Resursların Öyrənilməsi Mərkəzidir (İRÖM). İndiyədək bir çox əhəmiyyətli layihələr həyata keçirən təşkilat iqtisadi resursların öyrənilməsi istiqamətində fəaliyətini uğurla davam etdirir. Birliklə daha yaxından tanış olmaq üçün təşkilatın sədri Ruslan Atakişiyevlə həmsöhbət olduq.

21.06.2012 Ətraflı

İRÖM-ün "İqtisadçılar" komandası QHT-lərin futbol turnirində qrup mərhələsini adladı  

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, qhtxeber.az- saytının təşkilatçılğıilə  QHT-lər arasında futbol turnirinin III turu yekunlaşıb. qhtxeber.az-ın verdiyi məlumata görə, iyunun 18-də turnirin təşkilat komitəsinin iclası keçirilib. İclasda III turda baş vermiş qanun pozuntuları araşdırılıb, müvafiq qərarlar qəbul olunub. 

18.06.2012 Ətraflı