Bu gün CABİR-Azərbaycan Məzunlar Şurası və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşları Mərdəkan qəsəbəsində yerləşən "Fiziki və əqli qüsürlü, valideyn himayəsindən məhrum olan usaqlar"la görüşmüşdürlər. CABİR-Azərbaycan Məzunlar Şurasının sədri Şahin Bayramov uşaqları salamyaraq hədiyyələrin təqdim olunmasından çox məmnun olduğunu da nəzərə çatdırdı. O, CABİR-in sosial tədbirlər silsiləsindən uşaq evinə baş çəkilməsini çox əlamətdar hesab etdi. Daha çox uşaqlarla ünsiyyəti əsas tutan Ş.Bayramov çıxışını bitirərək hədiyyələrin paylanması ilə məşğul oldu. İqtisadi Resursların Öyrəniləısi Mərkəzinin sədri Ruslan Atakişiyev də öz növbəsində uşaqları salamladı. Uşaqara gətirdikləri hədiyyələri onlara verdi. 

23.07.2013 Ətraflı

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşmasına dəstək” layihəsinin  çərçivəsində  11 iyul 2013- cü  “Facebook” sosial şəbəkəsində  "Bu gün universitetlərdə təhsilin keyfiyyətinin artırılmasında Qrant maliyyələşmədirilməsinin tətbiqi lazımdırmı?" mövzusunu müzakirəyə çıxartmışdır. Müzakirədə sosial şəbəkə iştirakçıları öz fikir və rəylərini bildirmişdirlər . Isa Qasimov  Məncə təhsilin keyfiyyətinin yuksəldilməsi butun aspektlərə əhəmiyyətlidir. Ona görə də Qrant maliyyələşmədirilməsinin tətbiqindən əldə edilə biləcək səmərələri araşdıraraq davamlı inkişafa dəstəyin təmin olunması istiqamətində tətbiqini təmin etmək lazımdır. Джейхун Мамедов   Bu gün Azərbaycanda təhsilin səviyyəsi hər birimizi narahat edən məsələdir. Təhsilin səviyyəsi, bu sahədə problemlər, aradan qaldırılması yolları diqqətlə araşdırılmalıdır.  Лейла Намазова  məncə lazimdi,yeniliklər yeridilməlidi təhsildə,Azərbaycanda belə qrantlarin tedbiqi mutləqdir.  Aydin Xan Ebilov  Məndə olan məlumatlara görə Azərbaycan universitetləri hələ belə sivil maliyyələşmə mexanizminin işləkliyinə hazır deyillər.  

14.07.2013 Ətraflı

Dünya Bankının Bakı Ofisi VƏ İqtisadi Resursların Öyrənilməsi Mərkəzi “Davamlı İnkişaf Məqsədləri-Azərbaycanda Milli Məsləhətləşmələr” Mövzusunda 30 MAY 2013-ci İldə Gəncə şəhəri Gəncə Dövlət Universitetində tədbir keçirmişdir. Tədbirdə 60-a yaxın, Elmi tədqiqat institutlarının, universitetlərin, QHT-lərin, Biznesin, və KİV-lərin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev açdı. Bütün iştirakçıları salamlayan Ruslan müəllim 2015-ci ildən sonraki dövrdə MİM-lər arasında inteqrasiyanın əldə edilməsi və prioritetləri müəyyənləşdirmənin əhəmiyyətindən bəhs etdi. Bu tədbirin məqsədinin 2015 sonraki dövr üçün DİM-lərin müəyyən edilməsində, Azərbaycanlı yerli hökumət qurumları nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, QHT-lər, fikir adamlarının, elmi işçilər, biznes nümayəndələri və KİV-lərin fikirlərinin öyrənilməsi olduğunu vurğuladı. Sonra söz İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regionu üzrə nümayəndəsi Eldar Hacıyevə verild.İştirakçıları salamlamlayaraq bildirdi ki, bu tədbir Gəncə ziyalılarının toplaşdığı bir seminardır. 

31.05.2013 Ətraflı

Dünyanın bir çox ölkələrində BMT və onun qurumları tərəfindən Minilliyin İnkişaf Məqsədlərinin (MİM) (ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq, ümümi ibtidai təhsilə nail olmaq, gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək, uşaq ölümü hallarını azaltmaq, ana sağlamlığını yaxşılaşdırmaq, HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq, ətraf mühitin davamlılığını təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək) növbəti dövr üçün prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri bugün  27 may 2013-cü il tarixində  Dünya Bankı Bakı ofisi və İqtisadi Resursların Öyrənilməsi Mərkəziylə birgə “Davamlı İnkişaf Məqsədləri- Azərbaycanda Milli Məsləhətləşmələr” mövzusunda seminarı Park -İNN otelinin “Nəsimi” zalında  baş tutmuşdur.Tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri  iqtisad üzrə fəlfəsə doktoru Ruslan Atakişiyevin açılış çıxışı ilə başlamışdır. Tədbirdə həmçinin Larisa Leşçenko Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek də çıxış etmişdirlər

27.05.2013 Ətraflı

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşmasına dəstək” layihəsinin icrasına 01 may 2013 –cü ildə başlayacaq. Layihənin məqsədi elmi-texniki, tərəqqinin aparıcı qüvvəsi olan

02.05.2013 Ətraflı

 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib.

25.04.2013 Ətraflı

Yanvarın 26- da İsveçrənin CABİR-Məzunlar Şurası təşkilatı İqtisadi Resursların Öyrənilməsi Mərkəziylə (İRÖM) birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzində tələbə və mütəxəssislər üçün "Layihənin yazılma qaydası və fandreyzinq planı"  mövzusunda seminar keçirmişdi. Tədbirə Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev açılış sözüylə başlamışdı. O, seminarda iştirak edən  nümayəndələrə iştirak etdikləri üçün öz minnətdarlığını bildirdi. O, həmçinin qeyd etdi ki, CABİR-Alumni Azerbaijan tərəfindən təşkil olunan bu cür seminarlarda iştirak etmək xüsusilə gənclərin öz qabiliyyətlərinin inkişafında önəmli rol oynayır. Daha sonra tədbirin keçirilməsində hamıya uğurlar arzu etdiyini bildirdi. Daha sonra söz seminarın təqdimatçısı Ruslan Atakişiyevə verildi.

28.01.2013 Ətraflı