Sərgidə “Faizsiz Bankçılığa Giriş”, “Azərbaycanda Ali Təhsil Haqlarının Müəyyənləşdirilməsinin Mövcud Vəziyyətivə Təkmilləşdirilməsi Yolları (metodiki vəsait)”, “Korporativ İdarəetmə Haqqında Müxtəsər Anlayış”, “Biznesin Sosial Məsuliyyəti”, “Azərbaycanda Faizsiz Maliyyə Bazarının İnkişaf Perspektivləri”, “Beynəlxalq Uçot və Hesabata Giriş”, “Gənc Sahibkarların Stolüstü Kitabı”, “Ali Təhsildə Qrant Maliyyələşdirilməsi Mexanizminin Formalaşdırılmasına Dəstək Layihəsinin Tövsiyə Sənədi” adlı kitab və məqalələr toplusu iştirakçılara təqdim olunmuşdur. Həmin məhsullar, xüsusən də “Gənc Sahibkarların Stolüstü Kitabı” ziyarətçilərarasında daha çox bəyənilmişdir və 40-a yaxın kitab gənclərə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖ İB) tərəfindən hədiyyə olunmuşdu.

13.12.2013 Ətraflı



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır.  Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanmışdır. Bu baxımdan 22 oktyabr 2013-cü il tarixində Mətbuat prospekti, 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında təşkil olunmuş tədbirdə məqsəd tövsiyə sənədinin yekun şəklinin KİV nümayəndələrinə təqdim olunmuşdur. 

22.10.2013 Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır.  Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanmışdır. Bu baxıman 22 oktyabr 2013-cü il tarixində Mətbuat prospekti, 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında təşkil olunmuş tədbirdə məqsəd tövsiyə sənədinin yekun şəklinin KİV nümayəndələrinə təqdim olunacaq. 

18.10.2013 Ətraflı

   

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmış və həmin sənədin dəyirmi masada müzakirəsi kecirilmişdir.  Bu sənədin müzakirəsi Həsən Əliyev 135 ünvanında (Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusu, 102 No-iclas zalı) təşkil olunmuşdur. 

17.09.2013 Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır. Bu sənədin müzakirəsi 17 Sentyabr 2013-ci il tarixində Həsən Əliyev 135 ünvanında (Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusu, 102 No-iclas zalı) təşkil olunacaq. 
Tövsiyə sənədi ali təhsildə qrant maliyyələşdiməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyətini, ali təhsildə qrant maliyyələşdirməsi sahəsində beynəlxalq təcrübəni, dünya təcrübəsində universitetlərin qrant mənbələrini və qrantları cəlb etmə yollarını, layihə çərçivəsində keçirilən müsahibəni və qrant maləyyələşdirməsi sahəsində tövsiyələri özündə ehtiva edir. 

10.09.2013 Ətraflı

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının  Azərbaycanda “ Cənubi Qafqazda Yerli İdarəetmə Orqanlarının İnkişafı” proqramı çərçivəsində həyata keçirdiyi “Bələdiyyə Mühasibatlığının Milli Standartlara uyğunluğunun təşkili” layihəsi uğurla həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd bələdiyyələrdə uçot və hesabat sisteminin əsasları haqqında ümumi məlumatlandırma və yeni uçot və hesabat sisteminə keçid üçün nəzəri və praktiki biliklərin formalaşdırılmasıdır..  

07.08.2013 Ətraflı

   Şahin Bayramov CABİR-Azərbaycan Məzunlar Şurasının sədri  qonaqları salamlayaraq qeyd etmişdir ki, CABİR-Azərbaycan Məzunlar Şurasının bu ilki iqtisadi tədbirlər silsiləsindən birincisi olaraq “Ali Təhsildə Keyfiyyət Menecment Sisteminin Tətbiqi Problemləri (ISO9001:2008)" mövzusu seçilmişdir. Bu tədbirin keçirilməsində məqsəd CABİR-in uzun illər akademik tərəfdaşı olan Azərbaycan Dövlət İqtisad Universitetinin «Keyfiyyəti İdarəetmə Sistemi» beynəlxalq sertifikatını alması və bu hadisənin ümumilikdə ölkəmizdə ali təhsilin inkişafı baxımından çox əlamətdar olmasıdır. CABİR hər zaman Azərbaycan cəmiyyəti üçün aktual olan mövzularda tədbirlər keçirir. Bu baxımdan ali təhsildə son dövrlər keyfiyyətli idarəetməyə keçid ölkəmizdə gənclərin yüksək təhsil alması baxımından mühüm hadisə kimi qeyd olunur.               O, sözünə davam edərək bildirdi ki, 13 iyun 2012-ci il tarixində ADİU Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2008 «Keyfiyyəti İdarəetmə Sistemi» beynəlxalq sertifikatını almışdır. 

28.07.2013 Ətraflı