Maliyyə mənbələrinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir. Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan İslam maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlamışdır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq İslam kapitalı bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir. Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının hərəkətinin asanlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir. Bu reallığı nəzərə alaraq da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə İktisadi Araştırmalar Merkezi (İKAME) və İqtisadi Resursların Öyrənilməsi Mərkəzi birgə olaraq 19 fevral 2015-ci il tarixində Bakı şəhərində “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantını keçirəcəklər.

10.02.2015 Ətraflı

28 oktyabr 2014-cü il tarixində Makedoniyanın Skopye şəhərində BMT-nin Qlobal Sazişinin növbəti tədbiri keçirilmişdir. Toplantıda Qlobal Sazişin  Avropa şəbəkələrinin rəhbərləri bir araya gəlmişlər. Bu dəfəki yığıncaq “Sosial məsuliyyət – rəqabətli və dayanıqlı biznesin rəhni kimi” mövzusuna həsr olunmuşdu. Açılış nitqini Makedoniyanın baş nazirinin iqtisadi məsələlər üzrə müavini cənab  Vladimir Paşevski etmişdir. Tədbir  iştirakçılarını  BMT-nin Makedoniya üzrə rezident əlaqələndiricisi xanım  Lousia Vinton, BMT-nin Qlobal Sazişinin baş ofisinin yerli şəbəkələr üzrə rəhbəri cənab Valid Nağı və  Qlobal Sazişin Makedoniya üzrə nümayəndəsi cənab Goran Lazarevski  salamlamışlar. Sonra  BMT-nin Qlobal Sazişinin idarə heyətinin   üzvü  Dr. Yılmaz Argudən Qlobal Sazişin mahiyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir.Növbəti  olaraq  Qlobal Saziş  proqramının  regional  əlaqələndiriciləri  olan  Avstraliyalı  xanım Renate Lackner – Gass,  Serbiyalı cənab Marta Tomas və 

12.11.2014 Ətraflı

 “İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsinin Tövsiyə sənədinin təqdimatını keçirmişdir.İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev giriş sözü ilə çıxış edərək Tövsiyə sənədini tədbirin iştirakçılarına təqdim etmişdir. 

19.09.2014 Ətraflı

Bazar münasibətlərinin inkişafı iqtisadiyyatda rəqabətin güclənməsinə gətirib çıxarır. Bu zaman şirkətlər öz fəaliyyətlərinin genişləndirilməsi, mövqeylərinin qorunub saxlanılması, müəssisənin iflasdan qorunması istiqamətində gərgin mübarizə aparmalı olurlar. Təbii ki, maddi-texniki, peşəkar insan resursları və davamlı maliyyə təminatına malik olan sahibkarlıq subyektləri rəqabətə daha davamlı olur. Qeyd edək ki, elmin və texnikanın inkişaf etdiyi bir əsrdə şirkətlərin inkiaşfını şərtləndirən innovasiyaların tətbiqinin böyük rolu olduğu getdikcə öz təsdiqini tapır. Artıq şirkətdə innovasiyaların tətbiqi məsələsi müəssisənin yaşaması və inkişafı üçün başlıca amilə çevrilir. Bunu yaxşı anlayan iri və orta şirkətlər özlərində innovasiyanın tətbiqini daha da gücləndirirlər. Son dövrlər Azərbaycan şirkətləri də öz inkişaflarında beynəlxalq təcrübənin tətbiqini sürətləndirməkdədirlər. Bununla onlar həm yerli bazarda mövcud olan rəqibləri üstələməyi həm də beynəlxalq bazara çıxış imkanlarını daha da genişləndirmək strategiyalarını güdürlər. Belə olduğu halda innovasiyalardan istifadə olunması şirkətin imdadına çatan ən əlverişli alətlərdən birinə çevrilir. Yəni,müəssisənin davamlı inkişafının rəhnində onun nə dərəcədə innovasiyaları tətbiq etməsi dayanır.

13.09.2014 Ətraflı

 Potensial Sumqayıt Mütəxəssislər Birliyinin konfrans zalında “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi üzrə növbəti dəyirmi masa keçirmişdir.Tədbiri giriş sözü ilə açan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.ü.f.d. Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin təqdimatını da etmişdir. Ondan sonra Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri texnika üzrə fəlsəfə doktoru, dosent, Sahib Fərzəliyev probelmlə bağlı təklfilərini söyləmişdir. 

05.07.2014 Ətraflı

“Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi üzrə Dəyirmi masa keçirmişdir. 

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması” layihəsinin təqdimatını etmişdir. Təqdimat zamanı iştirakçılara layihənin məqsədi, tövsiyə sənədini hazırlanması ilə bağlı iş planı və ölkənin sosial-iqtisadi inkişafının əsas prioritetləri haqqında çıxış etmişdir.Sonda tədbir iştirakçıları Tövsiyə sənədinə öz təkliflərini bildirmişdilər. 

30.05.2014 Ətraflı

 Bu gün ölkəmizdə müxtəlif ali təhsil ocaqlarında və elmi-tədqiqat İnstitutlarında yüzlərlə alimlər tərəfindən xeyli sayda tədqiqatlar aparılır. Buna baxmayaraq sahibkarlar, biznes təmsilçiləri, dövlət qurumları, QHT-lər demək olar ki, bu tədqiqatları praktiki baxımdan istifadə edə bilmir. Sizcə bunun səbəbləri nədir? Necə etmək olar ki, Azərbaycan aliminin tədqiqatı sahibkar üçün maraqlı olsun? Alimlərimizin tədqiqatları həm ölkə daxilində həm də beynəlxalq aləmdə daha çox maraq doğursun? Bu layihə çərçivəsində "facebook" sosial şəbəkəsində müzakirəyə çıxarılan II mövzu idi. Müzakirədə iştirak edən Ariz Hüseynov məncə, bunu problem kimi qiymətləndirib, 

15.05.2014 Ətraflı