Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş təşəbbüsü , dünyada təşkilatlar arasında  təcrübələri bölüşməyə, həmkarlar ittifaqları və digər qruplar ilə danışıqlar aparmağa imkan yaradır. Əsas qoyulan tələb təşkilatların  uzun müddət beynəlxalq səviyyədə  universal qayda olaraq,  qəbul edilən on prinsipi öz gündəlik təcrübələrinə daxil etmələri  və öz fəaliyyət dairələrinə uyğun şəkildə təbliğatını  həyata keçirmələridir. Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişini dəstəkləməklə iştirakçılar dörd sahədə (insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiyaya qarşı mübarizə) təcrübələrini  beynəlxalq səviyyədə inkişaf etdirmək üçün istiqamətləndirir, təşkilatlar yerli  şəbəkənin  bir hissəsi olmağı seçərək , bu qloballaşmanı daha da ədalətli etməyə kömək edir. Bu yazıda məqsədimiz Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin dörd əmək prinsipinə daxil olan kollektiv danışıqların tanımasını dəstəkləməsi ilə bağlı məlumat vermək və bu prinsipi təcrübəyə tətbiq etməyin  yollarını başa salmaqdır.

17.11.2015 Ətraflı

Ətraf mühit insanı lazım olan bütün məhsul və xidmətləri ilə təmin etsədə, bunun qarşılığında insan  fəaliyyətinin çox hissəsi təbiət sistemini dağıtmağa  və ya yenidən qurmağa  yönəlmişdir. Halbuki insanın  həyat keyfiyyəti onun bu gün və gələcəkdə əldə edə biləcəyi ərzaq, su, enerji və bioloji ehtiyatların kəmiyyətindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Təbii ki, sənaye inqilabı ilə başlayan sürətli inkişaf və texnologiyaların təkmilləşməsi  təbii mühit üzərindən təsirsiz ötməmişdir. Saysız nəqliyyat vasitələri, istehsalat prosesləri, telekommunikasiya və sintetik kimya cəmiyyətin inkişaf etmiş həyat tərzi ilə yanaşı, ətraf mühitin bu gün üzləşdiyi problemlərə görə də məsuliyyət daşıyır. Buna görə  sənayenin və insanın inkişafı həm yerli, həm milli, həm də qlobal səviyyədə davamlılığın təmin olunmasını  tələb edir.

10.11.2015 Ətraflı


30 oktyabr 2015-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunmuşdur. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur. Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər.

30.10.2015 Ətraflı

30 oktyabr 2015-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunacaq. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etməsi nəzərdə tutulur.

28.10.2015 Ətraflı

Gəncliyə Yardım Fondu (GYF) və İqtisadi Resursların  Öyrənilməsi Mərkəzi (İRÖM)  birgə  olaraq muhasib olmaq istəyən tələbələr, magistrlar və məzunlar  dəstək üçün "Beynəlxalq  Mühasibatlıq kursunun əsasları"  kursunu təşkil edir. Kurslar İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin  (İATM) peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaq. 

 Dərslər 5 ay 40 saat olmaqla, həftədə iki dəfə  keçiriləcək. Dərslər ödənişlidir. Hər ay üçün 50 manat ödənilir. Dərslər noyabr ayının 13-də saat 16:00 -dan 19:00-a kimi keçiriləcək. Bu layhəi ilə bağlı 7 noyabr tarixində GYF -da "Açıq Qapı" günü keçiriləcək.

28.10.2015 Ətraflı


Müasir dövrdə biznesin rolu cəmiyyətin inkişafının bütün sahələrini əhatə etməkdədir. Artıq ən-ənəvi düşüncə sayılan - sahibkar yalnız mənfəət üçün çalışır - fikri öz mahiyyətini itirməkdədir. Yaxşı biznes, onu əhatə edən insan cəmiyyətinin, ekoloji aləmin qayğısına qalan və öz işgüzar fəaliyyətində sosial ədaləti gözləyən hesab olunur. 2006-cı ildən Qlobal Sazişlə əlaqəyə girən və 2011-ci ildə ölkəmizdə bu təşəbbüsün fəaliyyətini dəstəkləyən Azərbaycanlı iş adamları, elm və təhsil ocaqları, vətəndaş cəmiyyəti nümayəndələri  insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını iqrar etmişdilər. Bu gün artıq öz ətrafında 19-a yaxın qurumu birləşdirən Azərbaycan Qlobal Saziş Yerli Şəbəkəsi yeni yaranmasına baxmayaraq 10 prinsip üzrə bir sıra işlər görmüşdür. Amma, buna baxmayaraq biz yeni üzvlərin sıralarımıza qatılması ilə gələcəkdə daha çox uğurlar qazanacağımıza inanırıq. 

26.10.2015 Ətraflı

 

2000-ci ilin iyul ayında təsis edilmiş BMT Qlobal Sazişi (QS) məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlanması üçün liderlik platformasıdır. Bu saziş öz fəaliyyət və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahəsində bütün dünyada qəbul edilmiş 10 prinsipə uyğunlaşdırmaqda qərarlı olan şirkətlər üçün strateji siyasət təşəbbüsü olaraq xidmət göstərir. Bu 10 prinsip geniş şəkildə aşağıdakı şəkildə sıralanır:

1.İnsan hüquqları prinsipləri- Müəssisələr beynəlxalq dərəcədə elan olunan insan hüquqlarını dəstəkləməli və hörmət etməlidir.

2.Əmək prinsipləri -  Müəssisələr əmin olmalıdırlar ki, onların öz fəaliyyətləri insan hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir.

3. Müəssisələr cəmiyyətin müstəqilliyini və kollektiv danışıqların tanınmasını dəstəkləməlidirlər.

4. Müəssisələr məcburi və icbari əməyin aradan qaldırılmasını dəstəkləməlidirlər.

 5. Müəssisələr uşaq əməyinin ləğv edilməsini dəstəkləməlidirlər.

 6. Müəssisələr peşə və sənətə görə olan ayrı seçkiliyin aradan qaldırılmasını dəstəkləməlidirlər.

03.09.2015 Ətraflı