Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək” mövzusunda həyata keçirilən layihə çərçivəsində hazırlanaraq çap edilmişdir.
Kitabça kiçik sahibkarlar, təşəbbüskarlar, könüllü vergi ödəmələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

01.09.2016 Ətraflı

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), Türk Katılım Bankaları Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) birgə təşkilatçılığı ilə may ayının 22- də "İslam bankçılığı" mövzusunda təlimlərə başlanılmışdır. Təlim ilk günü Erciyes universitetinin professoru Dr. Ekrem Erdem  "İslam İqtisadi Düşüncəsi" mövzusu ilə treninqə başlamışdır. Təlimlərdə 50- ə yaxın müəllim , mütəxəssis, bank işçiləri iştirak edirdi. 

23.05.2016 Ətraflı

Azərbaycan nümayəndə heyəti “Qlobal Saziş 2030: Korporativ Davamlılıq üzrə Qlobal Sammit “ də ölkəni yüksək səviyyədə təmsil etdilər...04 May 2016-cı il, Cexiya Respublikasının Qlobal Saziş üzrə Yerli Şəbəkəsinin təşkil etdiyi “Qlobal Saziş 2030: Korporativ Davamlılıq üzrə Qlobal Sammit “ adlı beynəlxalq tədbirdə, Azərbaycan Qlobal Saziş Yerli Şəbəkəsinin təmsilçisi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev , təmsilçi köməkçisi və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaq Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova, üzv təşkilatın nümayəndəsi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədr müavini Radil Fətullayev Azərbaycanı Qlobal Sammitdə təmsil etdilər.

06.05.2016 Ətraflı

“İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayını 1-dən "Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək" layihəsinin icrasına başlamışdı. Layihə bir qrup kiçik sahibkarlıq subyektlərində könüllü ödəməyə meylin artırılmasına nail olmaq üçün vergi ödəmənin əhəmiyyəti üzrə maarifləndirici işlərin görülməsini ehtiva edir.

01.05.2016 Ətraflı

17 fevral 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində PR mütəxəssislərinin dəyirmi masası keçirildi. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, Qlobal Saziş Azərbaycan şəbəkəsinin nümayəndəsi, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev “AtaBank” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Oruc İbrahimov, Paşa Həyat Sığorta şirkətinin PR meneceri Elnur Hüseynquliyev, “Veysəloğlu” Şirkətlər Qrupu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov, Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi/ Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova və digərləri iştirak etdilər.

18.02.2016 Ətraflı

Bildiyimiz kimi, korrupsiya  hər bir dövlətin daxili  və  ciddi problemidir.Korrupsiya eyni zamanda, beynəlxalq səviyyədə izlənilən  və ona qarşı mübarizəninin aparılmasını tələb edən faktordur. “Korrupsiya” sözünün mənşəyi  latın dilindəndir. Mənası “dağıtmaq”, “parçalamaq” deməkdir. Korrupsiya sözünün müasir anlayışı, qanunvericilik, dövlət və bələdiyyə və ya kommersiya təşkilatlarının işçilərinin öz mövqelerindən istifadə edərək,  maddi və mənəvi üstünlüklərə  sahib olmalarıdır. Korrupsiya sosial və iqtisadi inkişafa maneələr törədən, eyni zamanda sahibkarlığın aparılma xərclərini artıran əsas səbəbdir.Ümumilikdə korrupsiyanın səbəbini araşdırsaq, belə qənaətə gələ bilərik ki, insanları korrupsiyaya itələyən hədsiz nəfisi və şəxsi maraqları səbəb olur. İnsanın şəxsi maraqlarını qoruya bilməməsi  birbaşa onun daxili mədəniyyətindən  (tərbiyəsindən) asılıdır.

18.11.2015 Ətraflı