8 may 2017-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖİB) ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Huda İslam Bankçılığı və Maliyyəsi Mərkəzi (Əl-Huda CİBE) qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. Memorandumun imzalanmasında məqsəd İslam bankçılığı və maliyyəsi sahəsində təhsil, konsaltinq və tədqiqat üzrə növbəti iki ildə əməkdaşlıq etməkdən ibarətdir

07.05.2017 Ətraflı

16 may 2017 -ci ildə İqtisadi Araşdırmalar və Tədris Mərkəzində "Vergi üzrə praktiki təlim " keçiriləcək. Təlimin müddəti 2 ay (32 saat)-dır.  Dərslər həftənin II -V günləri, saat 19:00- 21:00 kimi keçiriləcək.  Təlim aşağıdakı mövzuları əhatə edir:

1. Vergi Məcəlləsinin ümümi hissəsi

2. Bütün vergi cərimələri və yaranma səbəbləri

3. Vergi ödəyicisinin hüquqlarını qoruyan maddələr barədə məlumatların verilməsi

4. Vergi məcəlləsində Nağdsız hesablaşmalar və E-qaimə barədə nəzərdə tutulmuş maddələrin həm qanunvericilik həm də praktiki olaraq izah edilməsi

5. Gəlir və Mənfəət vergilərinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamələrin praktiki olaraq hazırlanması

6. ƏDV bəyannaməsinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamənin praktiki olaraq hazırlanması

7. Depozit əməliyyatlarının və e-VHF-nın qanunvericilik yönü və praktiki olaraq hazırlanması

8. Əvəzləşmə əməliyyatlarının tam izah olunması

9. Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində tutulan vergilərin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin doldurulma qaydası

04.05.2017 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə  fermer təsərrüfatlarında mövcud maliyyələşmə mənbələri, keçən dövr ərzində kreditlərşmənin gətirdiyi problemlər o cümlədən alternativ maliyyə alətləri, onlara çıxış imkanları, investisiya cəlbində uçotun əhəmiyyəti, maliyyə hesabatlığı barəsində də maarifləndirmə işləri aparacaq.  Müvafiq dövlət qurumlarına təkliflərin verilməsinə köməklik göstərmək məqsədilə  “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsini  icrasına başlayacaq. Layihə çərçivəsində maarifləndirici broşur çap olunacaq. Layihənin icrası Bakı, Gəncə, Lənkəran şəhərlərində həyata keçiriləməsi nəzərdə tutulur.   

01.05.2017 Ətraflı

8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbiri keçirməkdə məqsəd baş mühasibləri, mühasibatlıq sahəsində çalışan alimləri, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr hazırlamaq, o cümlədən respublikamızda Milli Mühasiblərin forumunu qurmaqdan ibarət olmuşdur.

11.04.2017 Ətraflı

8 aprel 2017 -ci il  Şamaxı şəhəri, AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan  Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar( İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası , İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM- ın birgə təşkilatçılığı ilə   Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçiriləcək.

          

06.04.2017 Ətraflı

Təlimin məqsədi: Azərbaycanda “İslam bankçılığı” sahəsində mütəxəssislərin hazırlanmasıdır.

 

Tarix: 8-9 may 2017-ci il

 

Təlimin müddəti:16 saat (2 gün ərzində saat 09:00-dan 17:00-a qədər olmaqla).

 

Təlimin keçirilmə yeri: Bakı şəhərində yerləşən biznes mərkəzlərindən biri (təlimə 1 həftə əvvəl iştirakçılara dəqiq məlumat veriləcəkdir).

 

Tədrisin metodu: 70%-i mühazirələr, slayd-şou və multimedia təqdimatı, 20% qrup müzakirələri və təcrübə mübadiləsi, 10%-i fərdi və qrup işlərinin təqdimatları

 

Təlimin dili:İngilis (qismən Azərbaycanca)

Sertifikat: Malayziya Maliyyə Akkreditasiya Agentliyini tərəfindən təsdiq olunmuş beynəlxalq dərəcəli sertifikat

 

İştirak haqqı: 499 ABŞ dolları. Qiymətə hər gün iki dəfə çay-kofe, nahar, tərkibində İslam maliyyəsi üzrə 60 kitab, 500 təqdimat və tədqiqat məqalələri olan xüsusi CD və çap şəklində oxu materialları daxildir.

 Endirim imkanları: Bir müəssisədən 2 nəfər nümayəndə iştirak etdiyi halda 20%, 3 nəfər nümayəndə olduğu halda 25%, 4 və daha çox nümayəndə iştirak etdiyi halda 30% endirim vardır. Həmçinin Universitet müəllimləri, tələbə, magistr və doktorantlar üçün - 50% endirim ediləcəkdir.

17.03.2017 Ətraflı

  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə 28 sentyabr 2016-cı il tarixində Gəncə şəhərində “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debatkeçirmişdir. Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Gəncə nümayəndəsi Babayeva Afina xanım olmuşdur. O, çıxışında ölkəmizdə həyata keçirilən vergi islahatlarının sahibkarların inkişafında rolundan bəhs etdi və sözü İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyevə verdi. O da tədbir  iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi Gəncə şəhəri 12 saylı ərazi vergilər departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Rəşad Şamilova verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır.  

29.09.2016 Ətraflı